İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) dəniz və aerokosmik qüvvələri Bəhreyn və Küveytdəki 85 Amerika hərbi obyektinə zərbələr endirib.
"Unikal" xəbər verir ki, bu barədə "Fars" xəbər agentliyi məlumat yayıb.
Qeyd olunub ki, zərbələr ABŞ-nin İran ərazisinə hücumlarına cavab olaraq həyata keçirilib: "Bu təcavüzə ilkin cavab olaraq, SEPAH-ın dəniz və aerokosmik qüvvələri birgə əməliyyat çərçivəsində Bəhreynin Salman limanında, ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanma ərazisində və Küveytdəki Əli əs-Salem hava bazasında 85 əsas hərbi obyektə raket və dronlardan istifadə edərək zərbələr endirib".
Xatırladaq ki, daha əvvəl ABŞ Mərkəzi Komandanlığı İranın Hörmüz boğazında üç gəmiyə hücumlarına cavab olaraq İrana bir sıra güclü zərbələr endirildiyini açıqlamışdı.
Ağarza Elçinoğlu























.jpg)









.jpg)


.jpg)













