Pakistana məxsus yük təyyarəsi Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Şarja şəhərindən Pakistanın Karaçi şəhərinə uçuş zamanı yoxa çıxıb. 

"Unikal" xəbər verir ki, Boeing 737 ilə təxminən 300 dəniz mili məsafədə rabitə kəsilib.

Pakistan Hava Limanları İdarəsi bildirib ki, KTA1732 uçuş nömrəli Boeing 737 ilə əlaqə yerli vaxtla saat 21:32-də kəsilib və təyyarənin vəziyyəti ilə bağlı hələlik heç bir məlumat yoxdur.

Səlahiyyətlilər təyyarənin göyərtəsində beş ekipaj üzvünün olduğunu açıqlayıb. 

Onun tapılması üçün axtarış-xilasetmə əməliyyatı başladılıb.

Ağarza Elçinoğlu