Bakının Nərimanov və Nəsimi rayonlarının bir hissəsinə içməli suyun verilməsində fasilə yaranıb.

Unikal.org-un  xəbərinə görə, bu barədə "Azərsu ASC-nin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, buna səbəb 500 mm-lik magistral kəmərdə baş vermiş qəzadır.

Hazırda Bakı Sukanal və Nərimanov Sukanal idarələrinin əməkdaşları hadisə yerində işləyir.