Xəbər verdyimiz kimi, tanınmış amerikalı teleaparıcı, CNN-nin efirində yayımlanan "Parts Unkown verilişinin aparıcısı Entoni Burden Dağlıq Qarabağa qanunsuz səfər edib. Kulinariya sahəsi ilə bağlı veriliş üçün işğal altındakı Azərbaycan torpaqlarına gedən Burden verilişinin növbəti buraxılışını Qarabağa həsr edəcək.
Məsələ ilə bağlı Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev unikal.org-a açıqlama verib:
"Hazırda məsələ araşdırılır və Xarici İşlər Nazirliyi tərəfindən lazımi tədbirlər görüləcək.
Qeyd edək ki, çəkilişləri davam edən epiozodun 2018-ci ilin yazında CNN-in efirində yayımlanacağı gözlənilir.