Prezident İlham Əliyev Xanbala Orucova general-mayor ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.
Unikal.org xəbər verir ki, sərəncamla Xanbala Tubail oğlu Orucova general-mayor ali hərbi rütbəsi verilib.
Qeyd edək ki, X.Orucov Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçusudur. "Vətənə xidmətə görə 2-ci dərəcəli ordeni ilə təltif edilib.