Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasına səfəri oktyabrın 20-də başa çatıb.

Unikal.org-un  xəbərinə görə, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Xatırladaq ki, oktyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə D-8 Zirvə görüşündə xüsusi qonaq qismində iştirak etmək üçün İstanbula getmişdi.