Müsavat Partiyası Bakı Şəhər İcra Hakimiyyətini (BŞİH) məhkəməyə verəcək.
Unikal.org-un xəbərinə görə, bunu partiyanın başqanı Arif Hacılı deyib.
O bildirib ki, buna səbəb BŞİH-in Müsavat Partiyasının oktyabrın 21-nə təyin etdiyi yürüşə razılıq verməməsidir.
Qeyd edək ki, icra hakimiyyəti yürüşün göstərilən yerlərdə-"Elmlər Akademiyası" və "Azadlıq prospekti" metrostansiyalarının yaxınlığında deyil, Yasamal rayonundakı keçmiş "Məhsul" stadionunda keçirilməsini təklif edib.