Pan-Afrika Parlamentinin prezidenti Rocer Nkodo Danq sabah Azərbaycana səfər edəcək.

Milli Məclisdən Unikal.org-a verilən xəbərə görə, səfər dörd gün davam edəcək.
Səfər çərçivəsində Pan-Afrika Parlamenti prezidentinin Milli Məclis sədri Oqtay Əsədov və digər rəsmi şəxslərlə görüşləri nəzərdə tutulur.