Rüstəm İbrahimbəyova ağır ittihamlar
13:53 28-07-2012
CƏMİYYƏT
Rüstəm İbrahimbəyova ağır ittihamlar
Rejisor Rüstəm İbrahimbəyovun Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri vəzifəsindəki fəaliyyəti zamanı baş verənlərlə bağlı şok faktlar açıqlanıb. Faktları olduğu kimi nəzərinizə çatdırırıq.
1. Bakıda keçirilən "Şərq-Qərb" festivalının maliyyəsi hesabına R.İbrahimbəyov aralarında daşnak partiyasının üzvü Roman Balayan və bakılı, Azərbaycan SSR-in Blanklar Nazirliyinin (Ministerstvo Zaqotovok) keçmiş əməkdaşı Rudik Avanesovun da olduğu erməniləri tədbirə dəvət edib.
2. Kinematoqrafçılar İttifaqının balansında olan çoxlu sayda avtomobil sənədlərdə qeydiyyatda qalsa da, əslində R.İbrahimbəyov tərəfindən satılıb. İttifaqın "Çayka" qonaq maşını indiyədək evlənən cütlükləri şadlıq saraylarına daşımaq üçün istifadə olunur, sənədlərdə isə guya Kinematoqrafçılar İttifaqının qonaqlarına xidmət edirmiş kimi göstərilir.
3. Kinematoqrafçılar İttifaqı Konfederasiyasının yardım olaraq ayırdığı 83 min dollar vəsait Kinematoqrafçılar İttifaqının xəzinəsindən yoxa çıxıb. R.İbrahimbəyov pulun faizlə banka yatırıldığını desə də, sonradan həmin vəsait müəmmalı şəkildə qeyb olub. Kinorejissor Oqtay Mirqasımov katiblikdə bu məsələni qaldırdıqdan dərhal sonra R.İbrahimbəyovun hücumlarına məruz qalıb və etiraz əlaməti olaraq İttifaqı tərk edib.
4. 2007-ci ildə 28 May küçəsində (Dəmiryol İdarəsi yaxınlığında) yerləşən və İttifaqa məxsus olan "Şərq-Qərb" restoranı sökülüb. Fəhlələrin binanın sökülməsindən aldığı pullar R.İbrahimbəyov tərəfindən oğurlanıb.
5. Kinematoqrafçılar İttifaqının sanatoriyasının Şəkidə yerləşən ərazisinin bir hissəsi R.İbrahimbəyov tərəfindən satılıb, katiblikdə isə bu barədə deyilib ki, həmin ərazi Kiş çayındakı sel daşqınları nəticəsində dağılıb.
6. Kinematoqrafçılar İttifaqının sanatoriyasının Mingəçevirdə yerləşən ərazisinin bir hissəsi də R.İbrahimbəyov tərəfindən satılıb, katiblikdə isə deyilib ki, ərazi Qarabağdan olan məcburi köçkünlərə verilib.
7. Q.Seyidbəyli küçəsində kinematoqrafçılar üçün tikilən bina R.İbrahimbəyov və podratçı tərəfindən satılıb. Hazırda bu binada kinematoqrafçılar yaşamır. Mənzil məqsədli şəkildə kinematoqrafçılara baha qiymətə təkli olunub, bu isə onları qane etməyib. R.İbrahimbəyovun özü isə bu binada altı mənzilə sahibdir, onlardan dördü kirayəyə verilib. Binanın birinci mərtəbəsində "İbrus" teatrı yerləşir. Kinoteatr dövlətin balansında olsa da, onun bütün ərazisi R.İbrahimbəyov tərəfindən kirayəyə verilib.
8. "Şərq-Qərb" festival üçün İçərişəhərdə qonaq evi kimi tikilən ev sonradan R.İbrahimbəyov tərəfindən özəlləşdirilib və o, hazırda həmin evdə yaşayır.
9. "Şərq-Qərb" festival üçün yaradılan xüsusi firmaya R.İbrahimbəyov rəhbər olub. Dövlətin festivala ayırdığı pullar firmaya yönəldilib, daha sonra vəsaitin böyük hissəsi oğurlanıb. Bütün bu maliyyə əməliyyatlarını bu firma ilə yanaşı, başqa bir neçə firmaya sahib olan Lalə Əfəndiyeva və mühasib Şükür yerinə yetirib. Onların arasında "İbrus" teatrı, "İbrus" Kinoşirkəti, həmçinin, ittifaqın əməkdaşı Zemfira Babayevanın rəhbərlik etdiyi "Ayan" firmaları var. Bütün bu firmalara ittifaqın cari hesabından pul köçürülüb, daha sonra həmin pullar oğurlanıb.
10. R.İbrahimbəyova məxsus olan "İbrus" şərab firmasında çoxlu sayda maliyyə oğurluqları və vergidən yayınma halları baş verir.
11. R.İbrahimbəyovun üzüm plantasiyalarının yerləşdiyi Şamaxı rayonundakı torpaq sahələri qanunsuz olaraq özəlləşdirilib.
12. Kino Evi nəzdində Kinematoqrafçılar İttifaqı üçün 1994-cü ildə ərazi ayrılıb. Bunu uzun müddət ictimaiyyətdən gizlədən R.İbrahimbəyov həmin ərazidə ailə üzvlərinə gizli şəkildə koteclər tikdirib. 2009-cu ildə bu ərazi ondan geri alınmağa başlananda R.İbrahimbəyov bu barədə katiblikdə deməli olmuşdu və bu da əksər katibləri xeyli təəccübləndirmişdi. O, bu ərazinin mövcudluğunu daim gizlətməyə çalışsa da məqsədinə nail ola bilmədi.
13. 2002-ci ildə Moskva meriyası Ümumrusiya Azərbaycanlıları Konqresinə binanın və Azərbaycan Evinin tkitintisi üçün Tverskoy-Yamskoy küçəsində torpaq sahəsi ayrılması haqqında sərəncam verib. Lakin Rüstəm İbrahimbəyov rəsmi şəkildə məktub yazaraq həmin ərazini satıb. Əldə edilən pullar isə yenə də Rüstəm İbrahimbəyov tərəfindən mənimsənilir.
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49