ATƏT-in Minsk qrupu Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün keçirilməsi istiqamətində işlər görürlər.
Unikal.org modern.az-a istinadən xəbər verir ki, bunu ATƏT Minsk qrupunun amerikalı həmsədri Endryu Şeffer deyib. O qeyd edib ki, prezidentlərin oktyabrın 16-da Cenevrədə keçirilən görüşü, onların Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması istiqamətində ATƏT-in Minsk qrupu ilə konstruktiv işə hazır olmaları müsbət işarədir.
Endryu Şeffer deyib ki, həmsədrlər yaxın zamanlarda gözlənilən görüşün tarixini aydınlaşdırmaq üçün Ermənistan və Azərbaycan xarici işlər nazirləri ilə təmasdadırlar.