Azərbaycan prezidenti İlham Əliyev Türkmənistanın milli bayramı - Müstəqillik Günü münasibətilə prezident Qurbanqulu Berdiməhəmmədova təbrik məktubu göndərib.

Unikal.org-un məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

"Türkmənistanın milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan ilə Türkmənistanı tarixən təşəkkül tapmış dostluq və mehriban qonşuluq münasibətləri birləşdirir. Əminəm ki, belə möhkəm təməl üzərində qurulmuş dövlətlərarası münasibətlərimiz, qarşılıqlı faydalı əməkdaşlığımız bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcək. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Türkmənistan xalqına daim əmin-amanlıq və tərəqqi arzulayıram.