Məleykə Abbaszadə Mərdanova sürpriz hazırlayır
13:57 28-07-2012
CƏMİYYƏT
Məleykə Abbaszadə Mərdanova sürpriz hazırlayır
TQDK IV ixtisas qrupunda ballar aşağı salmasa təhsil naziri pis vəziyyətdə qalacaq
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2012-2013-cü tədris ili üçün ali məktəblərə qəbul imtahanlarından sonra iki ixtisas qrupu üzrə müsabiqəyə keçid ballarını aşağı saldı: III qrupun balı 300-dən 250-yə, I qrupun balı isə 250-dən 150-yə endirildi.
TQDK dünən - iyulun 27-də ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından (11 illik) orta ixtisas təhsili müəssisələrinə IV ixtisas qrupu üzrə qəbul imtahanı keçirib.
Qeyd edək ki, TQDK əvvəlcədən bəyan edib ki, IV ixtisas qrupunda ümumi balı 250-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər müsabiqəyə buraxılacaqlar.
Bəs digər ixtisas qruplarında olduğu kimi, IV qrupda da ballar aşağı salına bilərmi?
Bəzi qaynaqlara görə, TQDK rəsmiləri bunu mümkün sayırlar. TQDK-dan bilidirilib ki, bu ixtisas qrupu üzrə minimum keçid balının aşağı salınması abituriyentlərin göstərdiyi nəticələrdən asılı ola bilər. Mümkündür ki, IV qrupda müsabiqəyə keçid balı 250-dən 200-ə endirilsin.
Bəzi qaynaqlar hesab edirlər ki, TQDK sədri Məleykə Abbaszadə imtahan suallarının digər qruplardan çətin və mürəkkəb olduğu IV qrupda qəbul balını aşağı salmaqda həvəsli deyil. Abbaszadə hesab edir ki, bu qrupda tibb kimi xüsusi həssas ixtisas olduğu üçün bu qrupda ballar dəyişilməz qalmalıdır. Bu isə təhsil naziri Mərdanova "pis sürpriz" ola bilər.
Belə ki, əgər ballar aşağı salınmasa, nəticələrin rüsvayçı olmaq ehtimalı yüksəkdir. Bu da onsuz da son vaxtlar başı üzərində qara buludların sıxlaşdığı, həm medianın, həm cəmiyyətin tənqid hədəfindən düşməyən, sağdan-soldan davamlı zərbələr alan Misir Mərdanovu daha çıxılmaz, ağır situasiya ilə üzləşdirəcək.
Bir sözlə, təhsil naziri səksəkəlidir, onun növbəti dəfə tənqidlərin, ittihamların hədəfinə çevrilməməsi isə TQDK sədrinin insafından asılıdır. Yəni balları aşağı salmasından!
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49