Məcburi köçkünlərə vacib xəbər var
12:04 07-08-2012
CƏMİYYƏT
Məcburi köçkünlərə vacib xəbər var
Artıq onlar da qeydiyyata düşə biləcəklər
Azərbaycan ərazisində məcburi köçkünlüyün tarixi 20 ili adlayıb. Bu müddət ərzində yurd-yuvalarından köçkün düşənlər demək olar ki, ölkənin hər rayonunda, hər kəndində məskunlaşmalı olublar. Məskunlaşmağa yer tapsalar da, onların qeydiyyat problemi hələ də öz həllini tapa bilmir.
Belə ki, onların daimi qeydiyyatda olduqları ərazilər işğal altında olduğundan yaxınlarını yanlarında qeydiyyata sala bilmirlər. Hüquqi baxımdan bu mümkün olmasa belə hərdən məcburi köçkünlərin narazılığına səbəb olur. Köçkünlər deyir ki, bu onların hüquqlarının məhdudlaşdırılmasıdır.
Hüquqşünas Fariz Namazov isə deyir ki, hüquqi cəhətdən məcburi köçkünlərin daimi yaşayış yerləri işğal altında olduğundan onları indi məskunlaşdıqları yerlərdə qeydiyyata salmaq olmur: "Amma onlar istədikləri yerdə mülk ala bilərlər. Onun sözlərinə görə, həmin vaxt məcburi köçkünün öz mülkiyyətində qeydiyyata düşməsi mümkündür. O zaman həmin şəxs məcburi köçkün statusunu itirir. Ola bilər ki, məcburi köçkün bu statusu itirməmək üçün mülkünü başqa adamın adından alır. O baxımdan ola bilər ki, həmin şəxs istədiyi adamı qeydiyyata sala bilmir. Əgər qanunla məcburi köçkünün öz şəxsi mülkiyyəti varsa və özünə aiddirsə, onda ərizə ilə müraciət edib istədiyi şəxsi qeydiyyata sala bilər. Amma indiki halda məcburi köçkün kiminsə evində və ya yataqxanada yaşayır və hüquqi cəhətdən onun həmin yataqxanada və ya müvəqqəti yaşadığı yerə qeydiyyata salınması mümkünsüzdür".
Problemin 2013-cü ilin axırına kimi öz həllini tapacağını deyən deputat Bəxtiyar Sadıqovun sözlərinə görə, gələn ilin sonuna kimi məcburi köçkünlərin hamısı mənzillə təmin ediləcək. Həmin mənzillər isə daimi onların olacaq. Onda məcburi köçkün istədiyi adamı həmin ünvana qeydiyyata sala biləcək: "İndiki halda isə hüquq buna imkan vermir. Çünki onların şəxsiyyət vəsiqələrində daimi qeydiyyatda olduqları yer göstərilib ki, həmin ərazilər də işğal altındadır. Ona görə də müvəqqəti məskunlaşdığı yataqxanaya və ya başqa bir yerə onun daimi qeydiyyata düşməsi və ya başqa bir adamı ora qeydiyyata salması mümkün deyil. Bu hardasa şərti məsələdir. Bunun üçün digər bir qohumunun qeydiyyatına düşə bilər. Niyə məhz daimi yaşayış yeri olmayan məcburi köçkünün yanına qeydiyyata düşməlidir? Amma bu məsələ də yaxın vaxtlarda həll olunacaq. Məsələn, Pirəkəşküldə məcburi köçkünlər üçün böyük şəhərçik tikilir. Bu mənzillər onlara verildikdən sonra həmin evlər məcburi köçkünlərin şəxsi mənzili olacaq. O zaman orda qeydiyyata düşə biləcəklər".
Bu məsələ ilə bağlı məcburi köçkünlərin hüquqlarının məhdudlaşdırılmasına gəlincə deputat onu da bildirdi ki, onların hüquqları yer-yurdlarından didərgin salınandan pozulub. Odur ki, onların qeydiyyata salınmaması heç də onların hüquqlarının pozulması demək deyil: "Onsuz da onların daimi yaşayış yeri, mülkiyyət hüququ pozulub. Biz onların hamısını indi yaşadıqları yerlərə yenidən qeydiyyata götürsək ilk növbədə onların sayı itər, beynəlxalq qurumlarda problemlər yaşana bilər. Onda beynəlxalq qurumlar da bizə belə bir sualla müraciət edər ki, məcburi köçkünlər filan yerdə məskunlaşıb, qeydiyyatdadır və öz dədə-baba yurduna qayıtmaq istəmirlər. Bəs onda bizdən niyə torpaqlarınızın geri qaytarılmasını tələb edirsiniz. Məcburi köçkün statusu onların üzərində qalmalıdır ki, öz torpaqlarına qayıda bilsinlər. Ona görə də hələ ki, onlar o qeydiyyatda olmalı, bu statusu daşımalıdırlar".
Gültəkin Ələsgər
Digər Xəbərlər
2024-12-26 09:34:25
2024-12-26 09:26:59
2024-12-26 08:58:34
2024-12-26 08:57:00
2024-12-26 01:06:40
2024-12-26 00:27:14
2024-12-26 00:16:51
2024-12-26 00:05:12
2024-12-25 23:30:42
2024-12-25 23:06:31
2024-12-25 22:45:19
2024-12-25 22:17:27
2024-12-25 21:54:31
2024-12-25 21:39:19
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16
2024-12-25 19:55:22
2024-12-25 19:43:09
2024-12-25 19:27:03