"O, qəssab olaraq qalacaq"
12:12 07-08-2012
CƏMİYYƏT
"O, qəssab olaraq qalacaq"
Tiqran Xzmalyan: "Siz zabitlər deyil, ofisiantlar hakimiyyətisiniz"
Martın 1-nin arxasında 27 oktyabrın dəhşətli kölgəsi dayanır, oradan isə üstü açılmamış qətllərin göründüyü 90-cı illərin qaranlığına qanlı iz uzanır.
Armenian Report saytının verdiyi xəbərə əsasən, məşhur kinorejissor, ictimai xadim, "Sardarapat" hərəkatının fəalı Tiqran Xzmalyan bəyanatla çıxış edib:
"Bu günlərdə, polisin Baş İstintaq İdarəsi qarşısında keçirilən etiraz aksiyası zamanı məlum oldu ki, hərbi həkim, mayor Vaqa Avetyanın qətlinə dair iş üzrə ittiham yenicə elə Baş İdarənin özündə "ehtiyatsızlıqdan ölümə səbəb olma" maddəsi ilə ixtisaslaşdırılıb.
Bu həqiqətən ehtiyatsızlıqdır, sizin tərəfinizdən ehtiyatsızlıqdır, erməni ölkəsində hakimiyyəti ələ keçirən qaniçən cənablar. Siz təkcə oğru, quldur və qatil deyilsiniz, siz həm də qorxaqsınız. Bir qrup, xeyir bütöv bir sürü tərəfindən törədilən vəhşicəsinə qətli "ehtiyatsızlıq" adlandırmaq sizin məsuliyyətdən, sirrin yayılmasından qorxduğunuz anlamına gəlir, bundan əlavə hətta öz muzdlu qəssablarınızı cəzalandırmaq belə istəmirsiniz.
Lakin ehtiyatsızlıqla yanaşı, sizin tərəfinizdən bu həm də böyük axmaqlıqdır.
Əvvəllər 1 mart qırğınlarının gizlədilməsini etibar etdiyiniz məhkəməbazları bu iş üzrə müstəntiq təyin etməklə siz qanı öz üzərinizə götürdünüz. Beləliklə, siz bu iki qanlı faciəni özünüz birbaşa əlaqələndirdiniz və bunlar üzərində şübhəsiz imzanızı təsdiq etdiniz.
Bundan başqa, martın 1-nin arxasında 27 oktyabrın dəhşətli kölgəsi dayanır, oradan isə Artur Mkrtçyan, Yüzbaşyan, Kandilyan və bir çox başqalarının üstü açılmamış qətllərinin göründüyü 90-cı illərin qaranlığına qanlı iz uzanır.
Qatillərin bir birinə qarşılıqlı köməklərini milli dəyərlər və insan ləyaqətindən üstün tutan quldur məntiqinizin "ehtiyatsızlığı" məhz elə bundan ibarətdir.
Amma heç bilmirəm sizinlə hansı ləyaqət və dəyərlərdən danışmaq olar... Sizin "dəyərləriniz" nəzarət etdiyiniz telekanalizasiyaların ekranlarından gündəlik çirkli axın kimi tökülür və sizə məxsus "arsnakarlar" və "parvanaxlarda" ulayırlar.
Sallaqxanadan çıxmış qəssaba "brioni" geyindirsən də, deputat və ya nazir təyin etsən də, o qəssab olaraq qalacaq. Fəaliyyət üslubu və nəticələri də uyğundur - siyasətdə də, iqtisadiyyatda da, diplomatiyada da, istintaq bölməsi və orduda da, küçədə və teatrda da, xaricdə və ya şəxsi mülklərinizdə də...
Heç kim sizə inanmır və maskalarınız heç kimi çaşdırmır və bacarıqsız Bozoyanın nə qədər cəhd göstərməsinə baxmayaraq, sizin şişmiş köpük qabarcıqlarınız partlayırlar. Heç kim sizdən qorxmur, çünki heç kim sizə hörmət etmir, yalnız iyrənərək üz döndərirlər. Hörmət olunmayan hakimiyyətin isə axırı çatıb. Gəncləri həbs edən hakimiyyətin gələcəyi yoxdur.
Heç kəs öz ordusunun zabitinin qətlini gizlədən hakimiyyəti müdafə etməyəcək - elə həmin ordu və hətta polis sizi müdafiə etməyəcək. Sizin hətta zabit şərəfiniz yoxdur, yoxsa ölkənizdə bir hərbçinizin Vaqe Avetyanın dəfni günündə qəzəblə dediyi kimi, "ofisiantların zabitlərə əl qaldırmasını" bağışlamazdınız.
Elə siz özünüz zabitlərin deyil, ofisiantların hakimiyyətisiniz, çünki mahiyyət etibarilə və tərcümeyi-halınıza görə, siz elə əvvəlki kimi nökər, ən yaxşı halda qəssab olaraq qalmısınız, amma zabit ola bilməmisiniz...
Siz ehtiyatsız hərəkət etmişsiniz, nağıldakı yatmış pələngin üzərinə yıxılmış qorxan Nazar isə özünü çox ehtiyatla aparmalıdır. Yorğun və fikri dağınıq pələng iyirmi ildir ki, yatmışdı. Lakin bu gün pələng oyanır və sizi daha heç bir şey xilas etməyəcək. Hesablar aylarla, həftələrlə, günlərlə gedir..."
Şakir
Digər Xəbərlər
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33