Ağsu rayon sakini Sənani Gözəlov ağır texnikaları peşəkarlıqla idarə edə bilir. O, bu bacarığı ilə insanları heyrətə gətirir. Onun ən böyük arzusu isə Dağlıq Qarabağda yol çəkilişində öz traktoru ilə iştirak etməkdir.
Unikal.org bildirir ki, Sənani Gözəlov öncə tırtıllı ekskavatoru, sonra isə qreyderi hərəkətə gətirərək asanlıqla sürür.
Ağsu rayonunun Külüllü kəndində anadan olan, ancaq hazırda Xırdalan şəhərində yaşayan Sənani Gözəlov 1 saylı məktəbin birinci sinif şagirdi olduğunu deyir. Ancaq sinif yoldaşları traktor, ekskavator və qreyderin adını belə bilmədiyi halda, o, bu texnikaların öhdəsindən bacarıqla gəlir.