İlham Əliyevin BP şirkətinin icraçı direktoru ilə görüşüb
İlham Əliyevin BP şirkətinin icraçı direktoru ilə görüşüb
Prezident İlham Əliyev Böyük Britaniyaya işgüzar səfərə gəlib

Böyük Britaniyada işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bazar ertəsi Londonda BP şirkətinin icraçı direktoru Robert Dadli ilə görüşüb.
Görüşdə Azərbaycan ilə bp şirkətinin uzun illər ərzində uğurla əməkdaşlığından məmnunluq ifadə edildi.
"Şahdəniz" yatağının işlənilməsi layihəsinin ikinci fazası və icra edilən digər layihələrin gedişi barədə fikir mübadiləsi aparıldı.
Görüşdə ölkəmiz ilə BP şirkəti arasında əməkdaşlığın bundan sonra da inkişaf etdiriləcəyinə əminlik bildirildi.