Aprelin 27-dən 28-nə keçən gecə erməni silahlı qüvvələri tərəfindən Tərtər rayonunun yaşayış məntəqələri ağır artilleriya silahlarından atəşə tutulub.
Unikal.org musavat.com-a istinadən bildirir ki, 6 saylı orta məktəbin direktoru Azad Abbasov deyib ki, məktəbə çox ciddi ziyan dəyib: "2 sinif, 1 kompüter otağı tamamilə dağılıb. Məktəbin bütün şüşələri qırılıb. Əraziyə düşən iki mərminin biri məktəbin həyətinə, digəri isə arxasındakı yaşayış evinə tuş gəlib. Ümumilikdə təhsil ocağımıza çox ciddi ziyan dəyib".
Tərtər Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, dəymiş zərərin məbləği hesablanır. Düşmən digər günlərlə müqayisədə ötən gecə sırf yaşayış məntəqələrini hədəfə alıb. Silahlı qüvvələrimiz düşməni bütün istiqamətlər üzrə layiqli cavab atəşi ilə susdurub.
Düşmənin atəşə məruz qoyduğu yaşayış məntəqələri ilə bağlı daha geniş məlumatı yaxın saatlarda təqdim edəcəyik.