Sumqayıt şəhərində qətl törədilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən unikal.org-a verilən məlumata görə, Sumqayıt şəhərində yaşayan Elməddin Abışov mənzilində qısqanclıq zəminində arvadı Elnarəyə bıçaqla xəsarət yetirib və o, hadisə yerində ölüb.
E.Abışov polisə gələrək könüllü təslim olub.
Faktla bağlı araşdırma aparılır.