Türkiyənin Manisa şəhərində partlayış baş verib.

Unikal.org qafqazinfo-ya istinadən bildirir ki, ilkin araşdırmalara görə, yola quraşdırılan bombalar uzaq məsafədən pultla partladılıb. Təhlükəsizlik səbəbindən yollar bağlanıb. Hadisə yerinə çoxlu sayda tibb və yanğınsöndürmə briqadası cəlb edilib.

Hazırda ərazidə araşdırma işləri aparılır. Hadisəni kimin törətdiyi hələlik məlum edyil.