Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur.bunu ABŞ Dövlət Departamentinin sözçüçünün müavini (Deputy Spokesperson) Mark Toner brifinqdə jurnalistlərin suallarını cavablayarkən deyib.
Unikal.org milli.az-a istinadən Dövlət Departamentinin rəsmi saytına istinadən Dağlıq Qarabağ münaqişəsindəki mövcud durumla bağlı M.Toner və jurnalist arasındakı mükaliməni təqdim edir:
Toner: Bəli, buyurun
Jurnalist: Ermənistanın silahlı qüvvələri növbəti dəfə...
Toner: Bağışlayın, sualınızın birinci hissəsini eşitmədim. Üzr istəyirəm.
Jurnalist: Ermənistan
Toner: Hə, Ermənistan! Anladım.
Jurnalist: Ermənistanın silahlı qüvvələri Dağlıq Qarabağ münaqişəsi zonasındakı cəbhə xəttində atəşkəs rejimi son iki gündə fasiləsiz pozurlar. Minsk qrupunda həmsədr olan ölkələrdən biri qismində ABŞ-ın belə təxribatlara münasibəti necədir?
Toner: Baxın, atəşkəs rejiminə riayət etmək gərəkdir. Buna nail olmağa çalışsaq da, münaqişə zonasında gərginliyin qaldığı bəllidir. Dövlət katibi hər iki ölkəyə, Azərbaycana və Ermənistana müraciət etdi. Minsk qrupunda həmsədr olan diplomatımız regionda olub. Hər iki ölkənin rəhbərliyi ilə təmaslardayıq və mövqeyimiz də bəlli, ardıcıldır. Dağlıq Qarabağ münaqişəsi zonasında istənilən formada zorakılığı pisləyirik. Sülh prosesini mümkün qədər tez işə salmalıyıq. Dağlıq Qarabağ münaqişəsinin hərbi həll yolu yoxdur".