Zaqatalada Azərpoçt MMC-nin filialı qarət olunub.
Unikal.org xəbər verir ki, rayonun Muğanlı kənd sakinlərinin APA-nın Şəki-Zaqatala bürosuna verdiyi məlumata görə, aprelin 27-də gecə saatlarında Azərpoçt MMC-nin kənd ərazisində fəaliyyət göstərən filialı naməlum şəxslər tərəfindən yarılıb.
Zaqatala rayon Polis Şöbəsindən faktı təsdiqləyiblər. Bildirilib ki, hələlik kimliyi müəyyənləşdirilməmiş şəxs və yaxud şəxslər filialdan içərisində 480 manat və sənədlər olan seyfi oğurlayıblar.
Faktla bağlı Zaqatala RPŞ-də araşdırma aparılır.