Türkiyənin Nevşehir rayonunda yaşanan faciədə gənc futbolçu həyatını itirib. ANS PRESS-in məlumatına görə, Nevşehirdən Göreyə gedən yolda avtomobillə motosiklet toqquşub.
Motosikleti idarə edən 17 yaşlı Emre Çakır qəza zamanı ağır yaralanıb. Çakır xəstəxanaya çatdırılsada həkimlər onun həyatını xilas edə bilməyib. Çakır Nevşehirin Hacı Bektaş Veli Üniversitesi U-17 yerli futbol komandasının üzvü olub.
Fevral ayında Türkiyə çempionatının iştirakçısı 17 yaşlı futbolçu Məsut Sarıkaya dünyasını dəyişib. "Antalyaspor" klubunun futbolçusu şəkil çəkdirmək üçün yüksəkliyə çıxıb. Gənç futbolçu tarazlığını itirərək 40 metrlik yüksəklikdən yerə yıxılıb.
Analoji hadisə yanvar ayında Türkiyədə baş verib. Kayseri bölgəsinin həvəskarlardan ibarət "Arqıncıkspor" klubunun U-19 komandasında oynayan Durhan Orhana səhər yeməyi baha başa gəlib. Belə ki, yediyi çörək futbolçunun nəfəs borusuna gedib.
Ailəsi tərəfindən dərhal xəstəxanaya çatdırılan 18 yaşlı futbolçunun həyatını xilas etmək mümkün olmayıb. Durhan Orhan komandasının kapitanı idi.