Unikal.org "KANAL S"-ə ( Region TV) istinadən  xəbər verir ki, Şəkidə bu gün saat 09:10-da yol qəzası baş verib.
 
Qəza Qaraməryəm-İsmayıllı-Şəki yolunun 134-cü km-də meydana gəlib. Bakı sakini Nüsrət Allahverdiyevin idarə etdiyi "Volkswagen Passat" markalı avtomobil Şəki istiqamətində hərəkət edən zaman qarşıdan gələn Şəki şəhər Baltalı kənd sakini Azər Həşimovun idarə etdiyi "Hyundai Accent" markalı avtomobillə toqquşub. Nəticədə "Hyundai Accent"in sürücüsü Azər Həşimov xəsarət alıb. Azər Həşimov dərhal Şəki RMX-ya çatdırılıb. Qəza zamanı hər iki avtomobilə də ciddi ziyan dəyib. Hazırda qəzanın dəqiq səbəblərini müəyənləşdirmək istiqamətində hadisə ilə bağlı DYPB tərəfindən araşdırma aparılır.