Sabirabad rayonunda intihar hadisəsi baş verib. 

Unikal.org APA-ya istinadən bildirir ki, Sabirabad rayonunun Bulduğ kənd sakini, 1983-cü il təvəllüdlü Məhərrəmov Ruhid Hafiz oğlu ötən gecə ov tüfəngi ilə başına atəş açaraq intihar edib. İntiharın hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı Sabirabad Rayon Prokuroluğunda araşdırma aparılır.