Beynəlxalq Qızıl Xaç Cəmiyyəti (BQXC) Dağlıq Qarabağda vəziyyətin gərginləşməsi nəticəsində ölənlər barədə dəqiq məlumata sahib deyil. 
Unikal.org xəbər verir ki, bu barədə RİA Novosti-yə verdiyi müsahibədə BQXC-nin baş direktoru İv Dakkor bildirib. 
O vurğulayıb ki, təşkilat hərbi əməliyyatlar zamanı həlak olanların cəsədlərinin qaytarılması üzrə yardımı davam etdirəcək. 
BQXC daha öncə Dağlıq Qarabağ bölgəsində humanitar məsələlərin tənzimlənməsində vasitəçi olmaq istəyini bildirmişdi. Söhbət əsasən həlak olanların cəsədlərinin verilməsindən gedirdi. 
"Xeyr, əvvəlki kimi xeyr. Gərginlik vəziyyəti davam etdiyi halda, dəqiq məlumata sahib olmaq çətindir", - Dakkor, BQXC-nin vəziyyətin gərginləşdiyi andan hər iki tərəfdən həlak olanlara dair dəqiq məlumata malik olub-olmamaları haqqında suala cavab verərkən bildirib. 

"Hər iki tərəfin itkin düşənlərin hazırda əsas məsələ olduğunu anlamaları vacibdir. Və əgər onlar yalnız bir neçə nəfər olsalar belə, bizim işimiz o adamların evə qayıtmalarından ibarətdir. Dağlıq Qarabağda bu problem üzrə biz artıq addımlar atmışıq. Bundan başqa, bir neçə həlak olan əsgərin meyitini onların ailələrinə vermişik və bu işə davam edəcəyik", -  baş direktor izah edib.