Moskva şəhəri üzrə İnsan Hüquqları Mərkəzinin rəhbəri Tatyana Potyayeva şəhərdəki evsizlərin və küçələrdə sərgərdan həyat tərzi keçirən "bomj"ların statistikasını açıqlayıb.
Unikal.org modern.az-a istinadən bildirir ki, Potyayeva paytaxtda təzminən 12 min nəfərdək "bomj" olduğnu deyib.
Onlarnı 59%-nin Rusiyanın başqa regionlarından və qonşu ölkələrdən gəldiyini xatırladan hüquq müdafiəçisi "bomj"ların milli tərkibini də açıqlayıb.
Statistikaya görə, Rusiya paytaxtındakı "bomj"ların 14%-i Moksvanın keçmiş sakinləri, 9%-i isə Moskva vilayətinin sakinləridir.
Qalan "bomj"ların 59%-ı isə digər Rusiya subyektlərindən gələn vətəndaşlardır.
Əcnəbilər ümumi "bomj"ların 18%-ni təşkil edir. Onlar arasında ukraynalılar 38%, belaruslar 30%, Özbəkistan vətəndaşları 7% və Azərbaycan vətəndaşları 6% (720) təşkil edir.