Şamaxı rayonunda intihar hadisəsi baş verib. Məlhəm kənd sakini özünü asıb. Kənd icra nümayəndəsinin ANS PRESS-ə verdiyi məlumata görə, kənd sakini, 1959-cu il təvəllüdlü Vəsait Ağaşah oğlu Yolçuyev özünü yaşadığı evin həyətindəki tövlədən asaraq intihar edib. Onun aslımış meyitini qardaşı aşkarlayıb.
Məlumata görə, canına qəsd edən 57 yaşlı kişi heç vaxt evlənməyib və ailəsi də olmayıb. O, qardaşının ailəsi ilə birgə yaşayırmış. Ancaq hələlik hansı səbəbdən özünü öldürdüyü bililnmir.
Faktla bağlı Şamaxı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
Ölkə ərazisində sonuncu intihar hadisəsi ötən gün səhər saatlarında Qusarın Düztahir kəndində qeydə alınıb. 30 yaşlı Sədayə Əkbər qızı Mehdiyeva özünü qeyri adi yolla öldürüb. O ipi boynuna dolayıb və özünü yaşadığı evin ikinci mərtəbəsindən atıb.
Sədayə Mehdiyevanın qeydiyyatda olan ruhi xəstə olduğu bildirilirdi. Ərindən boşanan Sədayənin 6 və 7 yaşında iki qızı var. O, əvvəllər Bakıda yaşayıb və həyat yoldaşından ayrıldıqdan sonra Düztahir kəndinə ata evinə qayıdıb.