"Barselona" futbolçusu Xavyer Maskerano üçün Çin klublarından birindən aldığı 50 milyon avroluq təklifi rədd edib.
Unikal.org qol.az-a istinadən xəbər verir ki, argentinalı yarımmüdafiəçi Çin çempionatında oynamağı düşünmədiyi üçün təklif müsbət cavablandırılmayıb.
Qeyd edək ki, X.Maskeranonun "Barselona" ilə müqaviləsi 2018-ci ildə başa çatır.