Keniyanın paytaxtı Nayrobidə sel gəlməsi nəticəsində Rusiyanın bu ölkədəki səfirliyinin binasının divarı dağılıb. Modern.az xarici KİV-ə istinadən bildirir ki, hadisə zamanı 4 nəfər həlak olub.

Məlumatda qeyd edilir ki, divar Rusiyanın diplomatik nümayəndəliyinin yerləşdiyi  Lenana küçəsinə tərəf uçub. Bu zaman orada olan adamlar dağıntılar altından xilas olmağa cəhd etsələr də, 4 nəfər xilas ola bilməyib.  Ölənlər arasında Rusiya vətəndaşlarının olub-olmadığı hələ ki bilinmir.