Rusiya xaricİ işlər naziri Serqey Lavrov və ABŞ dövlət katibi Con Kerri arasında telefon danışığı olub.
 
APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya XİN-nin məlumatında bildirilir.
 
"Telefon danışığı zamanı tərəflər Suriyada atəşkəs rejiminə əməl edilməsi ilə bağlı fikir mübadiləsi aparılıblar", məlumatda deyilir.