Qədim zamanlardan yasəmən ağrıları azaldan bitki kimi tanınır.
Unikal.org saglamolun.az-a istinadən bildirir ki, qədimdə yasəməndən hazırlanmış cövhər və tinkturalar baş, bel, əzələ, oynaq ağrıları zamanı geniş istifadə olunurdu.
Həqiqətən də yasəmənin tərkibində olan bəzi maddələr ağrıları və iltihabı azaltmaq xüsusiyyətlərinə malikdir.
Yasəmən tinkturası artrit, revmatizm, artroz, osteoxondroz, müxtəlif zədələnmələr zamanı çox yaxşı kömək edir.
Daban şporu zamanı yasəməni müalicəvi vasitə kimi istifadə edin.
Miqrendən əziyyət çəkən insanlar da yasəməndən faydalana bilər.
Yasəməndən müalicəvi tinktura hazırlamaq üçün 100 qr yasəmən çiçəklərinin üzərinə 1 stəkan araq əlavə olunur və 10 gün ərzində sərin qaranlıq yerdə saxlanılır.
Daha sonra tinktura yaxşı süzülür və müxtəlif ağrılar zamanı effektli ağrısızlaşdıran vasitə kimi istifadə olunur.
Tinkturada pambıq əski isladın və ağrıyan nahiyəyə qoyun. Belə kompresləri gündə 2-3 dəfə edin.
Baş ağrıları zamanı kompres alın nahiyəsinə qoyulur.