Tanınmış azərbaycanlı şair Mübariz Məsimoğlu müdafiə naziri Zakir Həsənova şeir həsr edib.
"Paşa" adlı həmin şeiri təqdim edirik:
Dığanın tənəsi, İvanın xofu,
Yaman ruhumuzu əzirdi, Paşa,
İşıqlı xəbərlər başı aşağı,
Bizdən uzaqlarda gəzirdi, Paşa.
Kimsə əyləşmişdi sənin yerində,
Rusca, ermənicə nəsə deyirdi.
Səngərə ayrılan pulu, paranı,
Villada rahatca basıb yeyirdi.
Şükür bir təyinat yerinə düşdü,
Ordunun başına sən gəldin, Paşa.
Qəddini düzəltdi kişilik, ərlik,
Paşalıq rütbəyə tən gəldi, Paşa.
Duamız allaha yetdi axır ki,
Axır ki, atılan zər düşdü qoşa.
Əlini əsgərə sən öpdürmədin,
Əsgərin əlini sən öpdün, paşa.
Qəfil üzümüzə yayılan işıq,
İçinə yayılan nurdan başlayıb!
Millətin, ordunun, haqqın uğuru,
Mən yaxşı bilirəm burdan başlayıb!
Azad eyləmisən Lələ təpəni,
Keyfimiz sazdan da sazdı, saz, Paşa.
Sən qutsal, ilahi qata düşmüsən,
O qatı bir az da dərin qaz, Paşa.
Ölkə.Az