Xəbər verdiyimiz kimi, ötən həftə Rusiya xarici işlər naziri Sergey Lavrov İrəvanda səfər zamanı Ağrı dağının fotoşəkilini çəkmişdi.
Məsələ ilə bağlı ANS televiziyasının keçmiş əməkdaşı, telejurnalist, "Star" qəzetinin yazarı Sevil Nuriyeva o fotoşəkil əlaqədar çıxışı Türkiyə mətbuatının manşetinə çevrilib.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova "Facebook" səhifəsində yazıb.
O, Lavrovun səfərlər zamanı nadir hallarda şəkil çəkdiyini bildirib.
"Ağrı dağı bu gün ovsunlayıcı idi. Sergey Lavrov özünü saxlaya bilmədi və dağın fotoşəkilini çəkdi", – Zaxarova qeyd edib.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü şəkillə bağlı gələn şərhlərə də cavab yazıb: "Bir hekayə var. Bir vaxtlar Türkiyə rəhbərliyi Ermənistan Sovet Sosialist Respublikasının bayrağında Ağrı dağı şəklinin olmasına reaksiya verərək "Ağrı dağı Ermənistan torpaqlarında deyil. O halda dağ Ermənistan bayrağında niyə əksini tapıb?" demişdi. SSRİ-nin xarici işlər naziri Çiçerin də Türklərə "Türk bayrağında da aypara şəkli var. Ay bildiyim qədər Türkiyənin parçası deyil" cavabını vermişdi".
"LAVROV təxribat PEŞİNDE"
Məsələ ilə bağlı azərbaycanlı jurnalist Sevil Nuriyeva Türkiyədəki kanalların birində Lvrovun fotosuna belə münasibət bildirib: "Lavrov o fotoşəkili çəkməkdə məqsədi Ağrı dağına olan heyranlığından daha çox, təxribat xarakter daşıyırdı. Rusiya, Azərbaycan-Ermənistan arasındakı döyüş mühitinə Türkiyəni də çəkmək istəyir".-deyə qeyd edib.
Qeyd edək ki, Sevil Nuriyevanın bu fikirləri, Türkiyənin hebertürk, hurriyyet və digər tanınmış KİV-lərində manşetlə dərc edilib.