Bakının Suraxanı rayonunda, "BakuBus" avtobuslarının saxlanıldığı yerin yaxınlığında tapılan ayı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təhvil verilib.
Bu barədə unikal.org-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib. O bildirib ki, ayı balası Altıağac milli parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasına göndərilib.
"Ayı balası klinikada bir müddət reabilitasiya keçdikdən sonra vəhşi təbiətə, yəni meşəyə buraxılacaq", - İ.İbrahimova qeyd edib.