Bakıda həftənin iki günü işləyən daha bir pulsuz geyim mağazası açılıb.
Unikal.org virtualaz.org-a istinadən xəbər verir ki, mağaza AMAY ticarət mərkəzində yerləşir. Ticarət mərkəzinin birinci mərtəbəsində yerləşən mağaza artıq bir aydır ki, fəaliyyət göstərir. Burada istənilən yaşda və istənilən ölçüdə paltar tapmaq mümkündür. Şənbə və bazar günləri saat 13:00-dan 17:00-a qədər xidmət göstərən mağaza tam təmənnasız olaraq imkansızlar üçün nəzərdə tutulub. Kimin ehtiyacı varsa, mağazaya buyurub, ürəyi istədiyini götürə, kimin ehtiyacı yoxdursa Allaha xatirinə geyimlərini mağazaya təhvil verə bilər.
"Ehtiyac sahiblərinə geyim" devizi ilə fəaliyyət göstərən mağaza hələlik həftənin iki günü işləyir. "Güvən" təşkilatının yaradıcısı Nigar Bayramlının bildirdiyinə görə, belə bir ideya çoxdan yaransa da, yalnız indi xeyriyyəçi insanların dəstəyi, təşəbbüsü nəticəsində reallaşdıra bilib.
"Mağazaya hər gün paltar gətirib verirlər. Arasında təzə paltarlar geyinilmiş paltardan daha çoxdur. Geyinilmiş olsa belə, daha çox təmiz olur. Mağaza kirayə haqqı vermir. Biz ehtiyacı olan hər kəsə geyim veririk. Amma mağazamızın fəaliyyət göstərdiyi vaxtda hələ kişilərin yaxınlaşıb nəsə almaq istədiyini görməmişik. Amma kişilərin də geyimə ehtiyacı var və əlbəttə, əgər gəlib istəsələr, problem yoxdur".