Aprelin 22-də Rusiyanın Sankt-Peterburq şəhərində itkin düşən həmyerlimiz Gülnarə Vəliyevadan hələ də xəbər yoxdur.
Unikal.org xəbər verir ki, bu barədə Lent.az-a onun atası Şücaət Vəliyev məlumat verib.
Onun sözlərinə görə, qızının axtarışı davam edir. "Hər gün Polis bölməsinə gedirəm. Bir xəbər çıxmır. Polislər axtarış apardıqlarını deyirlər. Ümid edirəm ki, yaxın günlərdə qızımdan bir xəbər çıxacaq. Hər yerə şəkillərini yapışdırmışıq. Dayanacaqlara, metro vaqonlarına, kafe və restoranlara, binalara, amma hələ bir xəbər yoxdur".
Biz atadan "Sank-Peterburqun huquq-mühafizə orqanlarının rus əməkdaşları, azərbaycanlı qızın axtarışında laqeyidlik göstərmirlər ki" deyə soruşduqda o, bu halı istisna etdi:
"Gülnarənin axtarışıyla məşğul olan müstəntiqlər gərgin işləyir. Axtarış az qala bütün vilayəti əhatə edir. Yaxın günlərdə qızımı tapacaqlarına söz veriblər".
Xatırladaq ki, bu il aprelin 22-də Sank-Peterburq şəhərinin Kirov rayonunda yaşayan həmyerlimiz Gülnarə Vəliyeva həkimə getmək adı ilə evdən çıxıb və bir daha geri qayıtmayıb. Hadisədən bir həftə əvvəl isə onun Sankt-Peterburqda yaşayan Samir adlı oğlanla toyu olub.