Azərbaycan, Gürcüstan və Ermənistandan Cənubi Qafqazda yerləşən 20 qoruğu birləşdirən turistik cığır çəkiləcək.
Unikal.org xəbər verir ki, anspress "Kavkaz Online" saytına istinadən verdiyi məlumata görə, piyada marşrutları şəbəkəsi yaxın 5 il ərzində hazırlanacaq. 
Gürcüstanın Tqibuli şəhərində Transqafqaz cığırı Assosiyasiyasının layihəsini təqdim edən Assosiyasiyanın icraçı direktoru Pol Stefans marşrutun salınması üçün Gürcüstan hakimiyyətinin dəstəyini aldıqlarını bildirib.
Yay aylarında könüllülər və qrup üzvləri qərbi Gürcüstanda mövcud olan marşrutları abadlaşdırmağa, o cümlədən yeni cığırlar salmağa başlayacaqlar. Hazırlıq işləri həmçinin Azərbaycanda və Ermənistanda da aparılacaq. 
"Vahid marşrutun yaradılmasından sonra Qafqazın unikal təbiəti görmək və yerli adətlərlə tanış olmaq üçün  turistlər səyahətə çıxa bilərlər, yerli sakinlər isə turizmdən gəlir əldə edə bilərlər" - deyə Stefans qeyd edib. 
Transqafqaz cığırı Assosiyasiyası - Vaşınqtonda yerləşən qeyri-kommersiya təşkilatıdır.