Yol-Patrul Xidməti avtomobillərinə quraşdırılmış İ-patrul sistemi tam qüvvəsi ilə işləyir. İlin əvvəlindən bu günə qədər sistemlə qayda pozan 170 mindən çox sürücüyə elektron protakol tərtib edilib.
Unikal.org xezerxeber.com-a istinadən bildirir ki, Bakı şəhər Dövlət Yol Polis idarəsinin bölmə rəisi Vaqif Əsədovun sözlərinə görə, İ-Patrul sistemi vasitəsi ilə aşkar eilmiş qayda pozunturları sürət həddini aşma və təhlükəli manevr edənlərdir.
Digər qayda pozuntuları təhlükəsizlik kəmərindən istifadə etməyən, icbari sığortası və texniki baxışdan keçməyən sürücülərdir.
Bölmə rəisinin sözlərinə görə patrul avtomobili işlək vəziyyətdə olmasa belə bu sistem işləyir. Yəni sürücülər yol kənarında sökük vəziyyətdə dayanmış polis avtomobilini də nəzərə almalıdır.
Çoxfunksiyalı İ-partul sistemi sürücülərin yol hərəkəti qaydalarını pozub diqqətdən yayınmaq şansını minimuma endirir.