Çölə geyindiyimiz ayaqqabı ilə evə girmək xərçəng pestisidlərinin ən təhlükəli səbəblərindən biridir. Ancaq bu, hələ harasıdır?!
Unikal.org lent.az-a istinadən mütəxəssislərin xərçəngdən xilas olmanın yolları haqda təkliflərini təqdim edir.
1. Ən təhlükəli yer xalçadır. Xalılar bütün pestisidləri özündə saxlayır. Bu səbəbdən də xalçaların təmizliyinə diqqət edilməlidir. Xalçanı qəti şəkildə yuyucu vasitələrlə təmizləməyin. Bunun yerinə sirkəli su ilə silin.
2. Yuyucu vasitələr işlədərkən əlcək geyinin. Plastik əlcək istifadə etməyin, içi pambıq olan əlcək geyinin. Çünki tozlara qarşı allergikdir və kiçik dozalarda alındığı təqdirdə xroniki olaraq xərçəngi riski yaradır. Qab-qacaq maşınında istifadə etdiyiniz yuyucu vasitələr də neft məhsullarıdır. Bunlar da xərçəngə meyllidir.
3. Nə qədər yuyulsa da qalıqlar qala bilər. Əgər sağlamlığınızı düşünürsünüzsə, qab-qacaqları sirkəli, ya da limonlu suyla silin.
4. Hər cür yuyucu vasitələrdən qaçın. Davamlı olaraq zeytun yağı və dəfnə sabununa üstünlük verin. Əllərinizi, bədəninizi həqiqi zeytun yağı, dəfnə və ya fıstıq yağından hazırlanan həqiqi sabunlarla yuyun. Yuyucu vasitələrin miqdarında həddi aşmayın və artıq miqdarda suyla durulayın.
5. Ağ geyimləri yeni aldıqda ən az 2 dəfə qaynadın. Çünki ağ geyimlər rəngini uzun müddət saxlaması üçün xərçəngə səbəb olan kimyəvi maddələrlə yuyulur.
6. Xərçənglə mübarizə ana bətnində başlayır. Ana namizədləri həddindən artıq vitamin qəbul etməkdən qaçsınlar. Çünki kor-koranə alınan vitaminin tərkibində bəzi həddindən artıq miqdarda minerallar olur. Həkim bir vitamin qəbul etməyi məsləhət görürsə, hamilələr uşaq inkişaf etsin deyə bir neçə dənəsini qəbul edirlər. Bu da uşağın bükülməsinə səbəb ola bilər və xərçəngə gətirib çıxarar.
7. Hər bir rəngdə olan meyvə və tərəvəzdən gündə ən az 3-5 dənə yeyin.
8. Hamilələr həftədə 2 dəfə qırmızı ət yeməlidirlər və xüsusilə balıqla qidalanmalıdırlar. Sağlam insanın xərçəngə tutulmaması üçün körpə hələ uşaqlıda olan zaman bədəninin müqaviməti artmalı, immunitet sistemi pozulmamalıdır.
9. Otaq spreyləri neft mənşəli məhsullardan hazırlanıb. Bu isə o deməkdir ki, siz zəhər udursunuz. Sprey birbaşa ağciyərinizə keçir və bilavasitə immunitet sistemini zədələyir.
10. Tərəvəzlər mövsümündə dondurulub saxlanılmalıdır. Yalnız ilk dəfə açdıqda onu mütləq bişirin. Mikrodalğalı sobada bir dəfə isitmək kifayətdir. Odda bişirilənləri də bir dəfə isitməniz kifayətdir. Çünki növbəti dəfə bişirdikdə qida dəyəri ölür və DNT-ni pozar. DNT pozulması isə xərçəngə yol açır.
11. Radiasiya xroniki olaraq xərçəngə ən çox yaxınlaşdıran amillərdən biridir. Televiziyadan çox uzaq durun, şüalanma verən vasitələrdən çox istifadə etməyin.
12. Uşaqlara həftədə 2 dəfə balıq şorbası bişirin. Amma içərisinə zərdəçal atmaq şərtiylə. Soğan, sarımsaq və həmin mövsümün tərəvəzləriylə hazırlaya bilərsiniz. Uşaq ana bətnində olan zaman artıq bu qidalanma tərbiyəsi ilə böyüməlidir.
13. Hamilə qadınlar həftədə 1 kilo balıq yeməlidirlər. Lakin bu miqdar həddən artıq çoxdur. Çünki ən təmiz balıqda belə, az miqdarda da olsa civə var.
14. Amerikalı uşaqların kök olmasının səbəbi hər şeyə şəkər qatılmasıdır, ucuz qidalanmadır.
15. Kələm, kahı kimi yeməklərin ilk dörd qabığı zibilə atılmalıdır. İstədiyiniz qədər yusanız da, üst qabıqlarda olan pestisidlər təmizlənmir. Çarəsi yalnız üst qabıqlardan xilas olmaqdır.
16. Qızartma üçün ən uyğun yağ bitki yağıdır. Bundan başqa variant zeytun yağıdır. Fındıq yağı da seçim edə bilərsiniz.
17. Uşaqlar fast-food növlü yeməkləri 15 gündə bir yeməlidirlər. Amma həftədə 3 dəfə yedikləri təqdirdə beyin şişləri, lemfoma və qan xərçəngi riski 3 dəfə artır.
18. Uşaqların qidalanmasında meyvə və qatığı bol edin. Ancaq qatıq prebiotik və ev qatığı olmalıdır. Qatığı evdə hazırlayın. Pendiri də bol edin. Keçi pendiri isə çox faydalıdır.
19. Uşaqları un, şəkər və duzdan uzaq tutun. İstehsal edilən duzlar təəssüf ki, torbalara çox yaxşı steril edilmədən yığılır. Bu isə xərçəngə yol açır. Qaya duzlarına üstünlük verin. Yəni turşu qoyduğunuz duzdan və çox az miqdarda istifadə edin. Çünki duz da xərçəng yaradır.
20. Ən faydalı qidalardan biri qozdur. Daha sonra fındıq və badamdır. Günəbaxan tumunun isə paketlənməmiş formasını alın. Çünki əməliyyatdan keçməmiş olacaq. Çiy günəbaxan tumunu özünüz qovurub yeyin. Amma fındıq, qoz kimi qidaları qabıqlı alın. Çünki içinə həşəratlar düşməsin deyə dərman tökülməmiş olacaq. Qoz, fındıq, badam sonsuz faydaları olan qidalardır. Gündə bir ovuc mütləq yeyin.
21. Hovuzlar yaxşı təmizlənməlidir. Ozonla təmizləmək ən faydalı yoldur. Hovuz həddindən artıq xlorlu olduğu halda xərçəngə hazırlıqlı deməkdir.
22. Mis xüsusilə beyin şişlərində ön plana çıxır. Çox yaxşı qalaylı olursa, bu təsir azalır. Amma qulağınıza mis sırğa taxmayın.
23. Uşaqlar yaşıl plastik sahələrdə olmamalı, plastik əşyalarla oynamamalıdırlar. Çünki plastik sintetikdir və tərkibində xərçəng yaradan maddələr ola bilər.
24. Meyvə suyu qabığı ilə hazırlanmalıdır. Xərçəng olan xəstələrə yalnız suyu verilir. Meyvə suyuna keçməyən çox maddə isə qabığında qalır. Bu formada sütun və mədə xərçəngindən qorunmuş olarsınız.
25. Plastik hər yerdə zəhərdir. Plastik stəkanlar, qablar, plastik hər hansı bir şeydən uzaq durun. Təəssüf ki, plastiklər ev istehsalına da daxil oldular. Özü də birbaşa tikinti vəsaiti olaraq istifadə edilir.
26. Mütləq alma yeyin. Meyvələrin üstünün parlaq görünməsi üçün şam sürtülür. Bu cür almaları təmiz-təmiz yuduqdan sonra sirkəli sudan keçirin, ya da alma sirkəsi ilə ovun. Meyvəni qabığıyla yemək şərtilə.
27. Plastik, mis, alüminium qab istifadə etməyin. Farfor, şüşə və polad istifadə edin. Meyvələri də bu cür qablarda yuyun. Bunların içinə litrinə görə 9-10 şorba qaşığı alma sirkəsi atın. Təxmini yarım saat saxlayın. Sonra təkrar yumayın, çünki təkrar mikrob alır.
28. Bütün ağardıcılardan qaçın. Uşaqlarımızın istifadə etdiyi dümağ dəftərlər xlorla təmizlənir. Bunlarla təmizlənməmiş dəftər istifadə edin. Lakin nəzərə alın ki, boyalarda da xərçəng təsiri var.