Aprel ayı ərzində OPEK-ə üzv ölkələr gün ərzində ümumilikdə 33 milyon 217 min barrel neft tədarük edib.
 
Unikal.org Axar.az-a istinadən xəbər verir ki, bu barədə "Blumberq" saytı məlumat yayıb.
 
Məlumata görə, mart ayı ilə müqayisədə hasilat 484 min barrel artıb. Artımın əsas səbəbinin İranla bağlı olduğu bildirilib.
 
Belə ki, sanksiyaların ləğvindən sonra Tehranın neft hasilatını ciddi şəkildə artırdığı ifadə edilib.
 
Bundan əlavə, İraq və BƏƏ-nin də qara qızılın tədarükünü artırdığı müəyyən edilib. Lakin Küveytin hasilatında enmə müşahidə olunub.
 
Qeyd edək ki, sözügedən rəqəm son 27 ilin ən böyük göstəricisi sayılır.