İtaliyada birinci liqaya çıxan ilk komanda "Crotone" olub. Modern.az xarici mediaya istinadən bildirir ki, 106 illik tarixində ilk dəfə birinci liqaya yüksələn göy-qırmızılılar fərqli cəhətləri ilə diqqət çəkir. Komandanın Seriya A-da oynamaq şansı qazanması dünən "Modena" ilə 1:1 heabı ilə bərabərə qalmasından sonra qətiləşib.

Bu nəticə ilə Çizme klubu bir ilkə imza atıb. Oyunçularının dəyəri yalnız 11 milyon avro olan "Crotone" gələcək mövsümdən etibarən "Yuventus", "Milan", "İnter", "Roma", "Napoli" kimi nəhənglərlə qarşılaşacaq. Çizmenin cənubundakı 60 min əhalisi olan Crotone şəhərini təmsil edən komanda mafiyanın komandası kimi səciyyələndirilir. Çünki klubun sahibi Raffaele Vrenna, mafiya ilə əlaqəsi olan biri olaraq göstərilir.

İtaliya prokurorluğu mafiya ilə bağlı araşdırma zamanı Vrennanın 800 milyon avroluq mal varlığına əl qoyulmasının tələb olunması üçün iddia qaldırıb. Bu haqda klubun səhmlərinə həbs qoyulması təhlükəsi də tərəfdarı həmişə narahat edib.

1910-cu ildə yaradılan və 106 illik tarixi olan klubun əldə etdiyi uğur ölkə kənarında da böyük əks-səda doğurub. Almaniya, Hollandiya, İspaniya başda olmaq üzrə bütün ölkələrdə "Crotone"nin yüksək liqaya yüksəlməsi xəbəri olaraq verilərkən, "De Telegraaf" başda olmaqla Hollandiyanın bir çox qəzetlərinin "Mafiya klubu Seriya A-ya çıxdı" başlıqlarından istifadə etməsi diqqət çəkib.

Oyunlarını olduqca kiçik bir stadionda oynayan komandanın Seriya A-da bu stadionda necə mübarizə edəcəyi də böyük sual işarəsi yaradır. Təkcə 9 min nəfərlik "Ezio Scida" stadionunun İtaliyanın nəhəng komandalarını necə qarşılayacağı maraq mövzusu olub.