Günümüzdə aktual mövzulardan biri də boyun və çiyin ağrılarıdır. Pis  yuxu, uzun müddət ayaq üstə çalışmaq, ağır idman boyun ağrısına səbəb olur. Bəzən bir həftə, bəzən isə daha çox davam edən ağrılar xəstəyə əzab verir, ruh düşkünlüyü, halsızlıq və yuxusuzluq yaradır.

Unikal.org bildirir ki, Publika.az bu yazıda boyun ağrılarını azaldan sadə üsulları təqdim edir.
 
1. Boyun ağrıları idmandan sonra yaranıbsa, ağrıyan əzələlərə buz tətbiq oluna bilər. Buz şişmiş əzələni azaldır.
 
2. Ütü ilə qızdırılmış dəsmal da əzələ ağrısını aradan qaldırır.
 
3. İsti duş boyun ağrısına yaxşı təsir edir, ancaq saçlar yaş olmalı deyil. Yaş saç boyun əzələlərini soyudur. Soyuq əzələ spazmanı artırır.
 
4. Açıq pəncərə önündə dayanmayın, kondisionerin hava axınının vurduğu istiqamətdə oturmayın.
 
5. Rahat yastıq seçin. Yastıq boyun boşluğunu doldurmalıdır. Başınız nə çox yuxarıda, nə də çox aşağıda qalmasın.
 
6. İdmana fasilə verin. Çünki idman ağrını daha da şiddətləndirə bilər.
 
7. Başı uzun müddət eyni vəziyyətdə saxlamayın.
 
8. Masaj boyun və kürək ağrılarına müalicəedici təsir göstərir. Lakin masaj ehtiyatla həyata keçirilməlidir. Bu bölgədə sinir və qan damarları olduğu üçün təhlükəli bölgə hesab edilir. Müxtəlif ağrıkəsici kremlərlə masaj etdikdən sonra həmin nahiyə isti dəsmalla sarınmalıdır. Ümumiyyətlə, boyun və kürək ağrılarından şikayətlənən insanlar soyuq havada geyimlərinin qalınlığına xüsusi diqqət göstərməlidir.