Türkiyəli iş adamı Ali Ağaoğlu canlı yayımda kredit kartının limitini açıqlayıb.
"Hüriyyət"in xəbərinə görə, biznesmen kredit kartının limitinin 50 min lirə (26 min manat) olduğunu deyib.
Daha sonra isə Ağaoğlu aparıcının istəyi ilə cibindəki pulları çıxarıb. Onun cibində 8 min 400 lirə (4500 manat) olub.
İş adamı daha sonra: "Alış-veriş zamanı heç vaxt məbləği hissələrə böldürmədim. Cəmi bir ədəd kredit kartım var. Bu da mənə bəs edir", - deyə bildirib.(Axşam.az)