"Regionda hərbi əməliyyatlar dayandırılmayıb".
Rusiya Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovski may bayramları mitinqində çıxış edərkən növbəti dəfə Dağlıq Qarabağ münaqişəsi və 4 günlük müharibədən danışıb.
Bu barədə oxu.az "Rossiya 24" telekanalına istinadən xəbər verir.
Vladimir Jirinovski qeyd edib ki, Qarabağda hərbi əməliyyatlar dayandırılmayıb, onlar davam edir və davam edəcək.
Siyasətçinin fikrincə, münaqişənin yeganə həlli Qarabağda Rusiya bayrağının sancılmasıdır.
"Bütün Qafqaz və Zaqafqaziyada Rusiya bayrağı dalğalanmayınca orada heç vaxt sülh olmayacaq".