Rusiyanın Samara şəhərində yerləşən məscid qeyri-qanuni olması səbəbindən Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən partladılıb.

FTX əməkdaşları əvvəlcə oraya basqın ediblər.

Məlumata görə, məsciddə ibadət edən 53 nəfər saxlanılıb.

Aparılan axtarışlardan sonra məsciddə bomba olması ehtimal edilərək, dinamit vasitəsilə partladılıb.

Qeyd edək ki, FTX məsciddə ibadət edən şəxslərdən bəzilərinin Suriyada döyüşdüyünü iddia edib.(Axar.az)