Unikal.org  Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, həkim Məharət Kərimov əri tərəfindən bıçaqlanan xanımın səhhəti barədə məlumat verib: Şöbəyə boğaz nahiyəsinin böyük ölçüdə kəsilmiş yarası və kürək nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstə gətirilib. Qadın həyat yoldaşı tərəfindən bıçaqla xəsarət alıb. Xəstə əməliyyat olunub, növbəti müalicə üçün reanimasiyə şöbəsinə köçürülüb.  

Faktla bağlı araşdırmalar aparılır. 

----------

09:13

Gəncədə ailə münaqişəsi bıçaqlanma ilə nəticələnib.  

Unikal.org Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, şəhərin Nəriman Nərimanov küçəsi, ev 249-da yaşayan 47 yaşlı Rəfiqə Musayeva həyat yoldaşı tərəfindən bıçaqlanıb.

Qadın döş qəfəsinin kəslimiş-deşilmiş, boyun nahiyəsinin dairəvi kəsiyi diaqnozu ilə xəstəxanaya gətirilib. Əməliyyat edilən yaralının vəziyyəti ağırdır.

Faktla bağlı araşdırmalar aparılır.