"Rusiya ilə hər hansı qarşıdurma və yeni "soyuq" müharibə istəmir"
Bunu "Welt" nəşrinə müsahibəsində NATO-nun baş katibi Yens Stoltenberq bildirib.
"Biz Rusiya ilə münaqişə axtarmırıq, "soyuq" müharibə istəmirik". Hazırda Polşa və Baltikyanı ölkələrdə gördüyümüz işlər hərbi qüvvələrin sayının artırılması ilə bağlı deyil. Biz, həmçinin Rusiyanin hər hansı NATO-ya üzv ölkəyə hücum etmək niyyətində olduğunu da düşünmürük. Siyasi dialoq üçün aramızda diplomatik kanalların açıq olması olduqca vacibdir. Kiməsə qarşı nüvə silahından istifadə etməkdən söhbət gedə bilməz. Hələ dünyada bu silah qaldıqca, NATO nüvə Alyansı olaraq qalacaq", - deyə Stoltenberq vurğulayıb.(AzVision.az)