Şimali Koreya lideri Kim Çen In Əmək Partiyasının qurultayına qədər ölkədə toy və yas mərasimlərinin keçirilməsinə qadağa qoyub.
"Bu addım təhlükəsizliyin möhkəmləndirilməsi və qurultayın nümunəvi şəkildə keçirilməsinə yönəlib", -deyə qeyd edilib.
Məlumatda vurğulanır ki, qurultay keçirilən günlərdə paytaxt Pxenyanın bütün giriş və çıxışları bağlanacaq.
Xatırladaq ki, Şimali Koreyada son 36 ildə ilk dəfə Əmək Partiyasının qurultayı keçiriləcək. Partiyanın VII qurultayının mayın 6-da keçiriləcəyi gözlənilir.(AzVision.az)