Türkiyə ordusunun iki gündür İŞİD-ə qarşı apardığı əməliyyatlarda 63 təşkilat üzvünün öldürüldüyü bildirilir.
Adana vilayətində yerləşən İncirlik hərbi hava bazasından qalxan pilotsuz təyyarələrin İŞİD mövqelərini bombalaması zamanı 29 silahlı öldürülüb.
Türkiyə ordusunun dünən səhər İŞİD-in nəzarət etdiyi əraziləri artilleriya atəşinə tutması zamanı isə 34 təşkilat üzvü öldürülmüşdü.
Suriyanın şimal qərbində yerləşən ərazilərdə İŞİD-in 5 silah anbarının və hərbi avtomobillərinin pilotsuz təyyarələr tərəfindən vurulduğu bildirilir. (Avropa.info)