Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna daxil olan vəsaitin məbləği açıqlanıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən unikal.org-a saytına verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli, 755 nömrəli Fərmanı ilə təsdiq edilmiş Silahlı Qüvvələrə Yardım Fonduna 1 may 2016-cı il tarixədək 73.095.369,76 AZN, 212.373,88 ABŞ dolları, 2993,69 avro və 5000,0 rubl vəsait daxil olub.